featured-image-20993

Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir”.

Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Kilan Lebon özünün şəxsi instaqram səhifəsində yazıb.

Paytaxt klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşən fransalı futbolçu “ağ-qara” formanı geyinməkdən şərəf duyduğunu bildirib.

27 yaşlı hücumameylli yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib: “Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var”.

Qeyd edək ki, son klubu Qazaxıstan “Astana”sı olan Kilan Lebon “Neftçi” ilə 1,5+1 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər