featured-image-15905

“Neftçi”nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı “Neftçi TV”yə açıqlamasında məlumat verib.

O qeyd edib ki, əməliyyat olunduğu üçün uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Sezar Meza Kolli artıq fərdi hərəkətlərə başlayıb. Eddi İsrafilov və Mərt Çelik fərdi məşqlərlə kifayətlənirlər. Rəhman Hacıyev isə fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında məşq keçir. Azər Əliyev və Vato Arveladze, eləcə də son turda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Yusuf Laval komanda ilə məşqlərə qoşulub. “Ağ-qaralar”ın əsas mərkəzi müdafiəçisi Voyislav Stankoviç də qripə yoluxduğu üçün bu gün meydana çıxa bilməyəcək. Serb futbolçu yalnız gələn həftədən komandanın məşqlərində iştirak edəcək.

“Neftçi” bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq.

Bənzər xəbərlər