featured-image-29170

Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.

Msport.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi”ni baş menecer Qədir Həsənov, “Qəbələ”ni isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək

Bənzər xəbərlər