"Neftçi", "Sabah" və "Qəbələ"yə növbəti potensial rəqiblər
Növbəti mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin potensial rəqibləri məlum olur.
Msport.az xəbər verir ki, “ağ-qaralar” püşkatma zamanı səpələnmişlərdə, digər komandalar isə səpələnməmişlərdə yer alacaq.
“Neftçi”nin mümkün rəqibləri sırasına “Bohemians” (Çexiya) və “Debretsen” (Macarıstan) də əlavə olunub. “Sabah” və “Qəbələ” isə Portuqaliya təmsilçisi “Gimaraeş”lə qarşılaşa bilər. Çünki adıçəkilən komanda səpələnmişlərdə yer alacaq.
Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab görüşlərini avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)
Səpələnməmişlər: “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq)
Qeyri-müəyyən: “Voyvodina” (Serbiya).







