featured-image-24958

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Neftçi” səfərdə “Şamaxı”nın qonağı olub. “Ağ-qaralar” çempionluq yarışından qopmamaq üçün səfərdən qələbə ilə qayıtmağa məcbur idi. Paytaxt klubu bu istəyinə çətin qələbə ilə nail olub.

Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” oyunları eyni hesabla (1:1) başa çatıb. “Sabah” – “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla məğlub edib.

Azərbaycan Premyer Liqası
XXVI tur

12 mart

“Şamaxı” – “Neftçi” 0:1
Qol: Mateus Saldanya, 81.
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

Bənzər xəbərlər