featured-image-28666
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib. Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,  böyük maraqla gözlənilən “Neftçi” – “Turan Tovuz” qarşılaşması gənc Fərid Hacıyevə tapşırılıb.
FİFA referisi Əliyar Ağayev  “Səbail” –  “Qəbələ” oyununda əsas söz sahibi olacaq.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
26 aprel (çərşənbə)
20:00. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”
27 aprel (cümə axşamı)
20:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”
Qeyd edək ki, ilk oyunlarda “Turan Tovuz” 1:0, “Qəbələ” isə 3:2 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər