featured-image-31201

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Neftçi”nin daha bir potensial rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq “ağ-qaralar” Kosovo təmsilçisi “Drita”ya mümkün rəqiblər sırasında olacaq.

İsrail klubu “Beytar” yarışdan uzaqlaşdırıldığından, “Drita” mübarizəyə I yox, II təsnifat mərhələsindən başlayacaq. Adıçəkilən komanda püşkdə səpələnməmişlərdən olacaq.

Beləliklə, “Neftçi”nin potensial rəqiblərinin sayı 22-yə çatıb.

Konfrans Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: “Petrokub” (Moldova), “Drita” (Kosovo), “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus)

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq.

Bənzər xəbərlər