“Neftçi” və “Sabah"ın Bakıdakı oyunlarının saatı müəyyənləşdi
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi matçların vaxtı dəqiqləşib.
Msport.az xəbər verir ki, “Sabah”ın cavab görüşü “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.
“Neftçi”nin “Bakcell Arena”dakı matçı isə 21:00-da başlayacaq.
“Neftçi” “Dinamo” – “Jelezniçar” cütünün, “Sabah” isə “Makedoniya GP” – RFŞ duelinin qalibi ilə qarşılaşacaq. Təmsilçilərimizin ilk görüşü səfərdə olacaq.







