featured-image-26421

“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.

Msport.az xəbər verir ki, martın 25-də keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra bir günlük istirahətə buraxılan komand martın 27-də məşqləri bərpa edib.

“Ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi”nin əvəzedici heyətinin 8 üzvü də iştirak edib.

Aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

Bənzər xəbərlər