featured-image-18456

Hazırda davam edən Azərbaycan kubokunun 1\4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda qonaqlar ciddi itki ilə üzləşiblər.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın dayaq yarımmüdafiəçisi Eddi İsrafilov İlkin Muradovun kobud oyunundan sonra zədələnib. İsrafilov görüşü dəvəm etdirə bilmədiyindən 51-ci dəqiqədə onun əvəzinə İsmayıl Zülfüqarlı meydana daxil olub.

Qeyd edək ki, Eddi bundan öncə də zədələnmiş və 6 oyunda komandasına kömək edə bilməmişdi. O, yalnız ötən tur “Səbail”lə matçda sıraya qayıtmışdı.

Bənzər xəbərlər