Bakı klubu yetirməsini icarəyə verdi
“Neftçi” futbolçusu İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini 2026-cı ilədək artırıb.
Msport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Ağ-qaralar” ardınca gənc futbolçunu mövsümün sonunadək “Turan Tovuz” klubuna icarəyə veriblər.
Qeyd edək ki, Zülfüqarlı “Neftçi”nin yetirməsidir.