"Neftçi" Sankt-Peterburq turnirinə məğlubiyyətlə başladı
“Neftçi” bu gün Sankt-Peterburqda start götürəcək “Parı Premyer” turnirində ilk oyuna çıxacaq. Msport.az xəbər verir ki, “ağ-qaralar” “Qazporm Arena”da Rusiya çempionu “Zenit”lə qarşılaşacaq.
Meydan sahibləri “Neftçi” qarşısına heç də ideal heyətlə çıxa bilməyəcəklər. Sankt – Peterburq klubunun bir çox aparıcı oyunçusu meydana çıxmayacaq.
Azərbaycan təmsilçisi hələ də baş məşqçisi məsələsini həll etməyib. Piterdə komandanı meydana Vadar Nuriyevlə İqor Getman çıxaracaq. Bundan başqa, Emin Mahmudov yeni müqavilə imzalamadığından klubun düşərgəsində deyil.
“Parı Premyer” turniri
“Zenit” – “Neftçi” 3:1
Qol: Mantuan, 49, Klaudinyo, 70, Z.Bakayev, 80 – Saldanya, 39-pen
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov (hamısı Rusiya)
“Qazprom Arena”, 20:30.
“Neftçi”: İvan Brkiç, Solomon Kverkveliya, Azər Əliyev, Mateus Saldanya, Kilan Lebon, Eddi İsrafilov (k), Rəhman Hacıyev, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Fərid Yusifli
Ehtiyat oyunçular: Emil Balayev, Aqil Məmmədov, Rza Cəfərov, Höccət Haqverdi, Kenni Sayef, Filip Ozobiç, Elton Əlibəyli, Samir Həsənov, Yeqor Boqomolski, Rüfət Abbasov, Hüseyn Babayev, Ağadadaş Salyanski, Ömər Qurbanov







