featured-image-29271

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayəti ilə bağlı qərar verib.

Msport.az xəbər verir ki, qurum “ağ-qaralar”ın şikayətini qismət təmin edib:

1. Apellyasiya şikayəti qismən təmin edilsin.

2. “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev barəsində qəbul edilmiş İntizam Komitəsinin 20.04.2023-cü il tarixli qərarı Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzası hissəsində dəyişdirilərək verilmiş cəza Azərbaycan Kubokunda 4-ü şərti olmaqla 5 oyun cəzası ilə əvəz edilsin.

4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kuboku yarımfinal mərhələsinin “Turan Tovuz”la ilk matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanmışdı, klub isə 4000 manat cərimə edilmişdi.

Bənzər xəbərlər