Nəriman yenə ehtiyatda qaldı
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda 15-ci turda öz meydanında “Atlanta” ilə üz-üzə gəlib. Görüş “Kolumbus Kru”nun qələbəsi ilə yekunlaşıb – 2:0.
Nəriman sona qədər ehtiyatda qalıb. 22 yaşlı futbolçu ötən tur da ehtiyatda qalmışdı. Ancaq ötən həftə ABŞ Kubokunun 1/4 finalında “Nyu York Siti” görüşdə 64 dəqiqə meydanda olan forvard komandasının yeganə qolunun ötürməsini vermişdi.
“Kolumbus Kru” – “Atlanta” – 2:0
Qollar: Banqura, 24, Rossi, 45+2
“Kolumbus Kru” Şərq Konfransında 15 turdan sonra 16 xalla 10-cu sıradadır







