featured-image-78097

“Bavariya”nın qapıçısı Manuel Noyer 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün Almaniya millisinin ilkin heyətinə cəlb olunub.

Msport.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Münhen təmsilçisinin 40 yaşlı qolkiperini 55 nəfərlik genişləndirilmiş siyahıya daxil edib.

Bildirilir ki, Noyer Nagelsmanın yekun seçim edəcəyi beş qapıçıdan biridir. Manuel Noyer 2024-cü ilin avqust ayında milli komandadakı karyerasını başa vurduğunu rəsmən elan edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında Almaniya yığması E qrupunda yer alıb. Yığma növbəti mərhələyə vəsiqə uğrunda Kürasao, Kot-d’İvuar və Ekvador komandaları ilə mübarizə aparacaq.

Bənzər xəbərlər