featured-image-27738

Nurlan Novruzun yeni klubu məlum olub. Msport.az xəbər verir ki,  30 yaşlı futbolçu karyerasını Litva “Yonava” klubunda davam etdirəcək.

Komanda 5 turdan sonra xal toplamayıb və turnir cədvəlində sonuncu yeri tutur.

Novruzov buna qədər Nepalın “Maçindra”, “Lalitpur”, Estoniyanın “Narva-Trans”, Moldovanın “Dinamo-Avto”, Türkiyənin “Şanlıurfa”, “Dersim” kimi klublarında çıxış edib.

O, ölkəmizdə  “Sumqayıt”, “Zirə”, “Səbail” və “Bakı”nın formasını geyinib.

 

 

Bənzər xəbərlər