“Nyukasl”da baş məşqçi postuna namizəd
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-dan sonra iş yerini dəyişə bilər.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis “Nyukasl”ın “sükanı arxası”na keçməyə əsas namizədlərdən biridir.
Tuxelin Premyer Liqadakı uğursuz çıxış səbəbindən yayda vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən Eddi Haunu əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, almaniyalı məşqçi İngiltərədə daha əvvəl “Çelsi”ni də çalışdırıb. “Nyukasl” Premyer Liqada 25 turdan sonra 33 xalla 12-ci pillədə qərarlaşıb.







