featured-image-25183

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı çağırış edib.

Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis “CBC Sport”a açıqlamasında azərbaycanlı azarkeşləri stadiona səsləyib:

“Martın 26-da Bakı Olimpiya Stadionunda zəlzələdən əziyyət çəkənlərə yardım üçün “Qarabağ”la oynayacağımız dostluq matçına bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada birlikdə göstərəcəyik”.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər