featured-image-53054

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsveçrədə “Yanq Boyz”a uduzduqları ilk oyunun almaniyalı baş hakimi Daniel Zibertin idarəçiliyindən narazı qalıb.

Msport.az xəbər verir ki, türkiyəli mütəxəssis referinin tez-tez matçı dayandırdığını və gec bərpa etdiyini bildirib:

Bundan başqa o, Almaniya kantonunu (İsveçrədə ərazi bölgü vahidi) təmsil edən komandanın oyununa almaniya hakimin təyinat almasının düzgün olmadığını vurğulayıb: “İnşallah, cavab görüşünə azərbaycanlı hakim təyin edərlər, vəziyyət bərabərləşər”.

Qeyd edək ki, oyun “Qalatasaray”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab matçı avqustun 27-də İstanbulda olacaq.

Bənzər xəbərlər