featured-image-24741

“Tottenhem”in baş məşqçisi Antonio Konte komandasının Çempionlar Liqasından kənarda qalmasından sonra klubdakı gələcəyindən danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonuna kimi istefaya göndərilə biləcəyinə işarə vurub:

“Mən “Tottenhem”də işləməkdə davam edirəm, müqaviləm var. Müqaviləyə hörmətlə yanaşıram. Mövsümün sonunda daha sakit şəraitdə klub işə qiymət verəcək.

Görək, çempionat necə qutaracaq. Ola bilər ki, məni mövsüm başa çatmamış istefaya göndərsinlər. Gözləntilər çox idi və indi rəhbərlik məyus olub.

Məşqçi üçün vacib olan işləmək və səviyyəni qaldırmaqdır. Bu il səviyyəni qaldırmaq bizim üçün çətin olacaq”.

Konte mətbuat konfransında da London klubundakı gələcəyindən bəhs edib: “Bizim möhkəm təməlimiz yoxdur ki, mübarizə aparaq və qalib gələk. Mövsümün sonunda rəhbərliklə görüşüb qərar verəcəyik”

Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasının 1\8 finalında iki oyunun (0:0, 0:1) nəticəsinə görə, “Milan”a uduzaraq mübarizəni dayandırıb.

İtaliyalı məşqçinin müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər