featured-image-52683

XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandamızın şərəfinə avqustun 14-də qala gecəsi təşkil edilib.

Msport.az xəbər verir ki, Paris-2024-də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri tədbirdə iştirak ediblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançılarımızı bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

Sonra nazir Fərid Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.

Bənzər xəbərlər