featured-image-38044

Los-Anceles-2028 Olimpiya oyunlarının Təşkilat Komitəsi 5 yeni idman növünü yarışların proqramına daxil etməyi təklif edib.

Msport.az xəbər verir ki, bu növlər beysbol\softbol, kriket, bayraq-futbol (Amerika futbolunun təmassız məhdudiyyətlərlə olan versiyası), lakross və skvoş.

Təşkilat Komitəsinin təklifi Beynəlxalq Olimpiya Komitəsinin müvafiq komissiyasına göndəriləcək. Əgər təklif qəbul olunsa, oktyabrın 15-dən 17-ə kimi Hindistanda keçiriləcək BOK-un sessiyasında bu qərar rəsmiləşməlidir.

Los-Anceles Olimpiadası 2028-ci il iyulun 14-dən 30-a kimi keçiriləcək.

Bənzər xəbərlər