featured-image-28612
“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İordaniyalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib. 24 yaşlı vinger “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.
Omar “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda komandasının ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb – 3:2.
Hani Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.
Xatırladaq ki, Omar “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.

Bənzər xəbərlər