featured-image-24984

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 26-cı turunun “Şamaxı” ilə oyunundan (1:0) mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu cür meydanda oynamağın çətin olduğunu qeyd edib.

– Komandanın oyunundan razı qaldız?

– Bu cür oyunları analiz etməyəcəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyunlara baxıb, hazırlaşmalıyıq.

– Meydan oyununuza nə qədər təsir etdi?

– Futbol oynamaq istəyən komanda üçün bu cür meydan üstünlük deyil. Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydandakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan belə yerdə oynaması çətindir.

– Sizə elə gəlmir ki, oyununuzla yox, rəqibin fərdi səhvi ucbatından qalib gəldiz?

– Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün rahat olacaqdı. Rəqib açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı topu dərhal oyuna daxil edirdi. İstəmirəm rəqibin futbolçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək lazımdır. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydanda bir qol buraxdınsa, sonrası çətin olacaq.

– Kilan Lebonu fasilədə əvəzlədiz…

– Onun ayağında problem var idi. Həkimlər heyəti əlindən gələni etdi ki, bu gün meydana çıxa bilsin. Buna baxmayaraq, oyunun gedişində ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də, fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq.

– Vato Arveladza haqda nikbin fikirdəsiz?

– Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman ona şans verəcəyik. (Sportal.az)

Bənzər xəbərlər