Onun arabası var - Araz Abdullayev indi yalnız maşını ilə gündəmə gəlir
“Sumqayıt”dan uzaqlaşdırıldıqdan sonra klubsuz qalan Araz Abdullayev sosial şəbəkələrdəki aktivliyi ilə seçilir.
Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu qış fasiləsindən sonra özünə klub tapa bilməyib.
Arazın yayda yenidən Kiprə yollanacağı ilə bağlı xəbərlər yayılıb.
Bir vaxtlar ölkənin ən istedadlı futbolçularından sayılan yarımmüdafiəçi indi bahalı avtomobilinin şəklini sosial şəbəkələrdə paylaşanda yada düşür.
Bu dəfə Araz instaqramda türk dilində paylaşım edib:
“Başarısızlıktan korkmayın. Başarısızlık deyil, düşük hedefler esas suçtur. Büyük girişimlerde başarmamak bile görkemlidir”.








