featured-image-21404

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda (1:3) fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz. İlk hissədə komandam çox yaxşı oynadı. Rəqibə qol imkanları vermədik. Birinci hissə xoş təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi oyunda itirdik. Bu, komandaya təsir edəcək. Sözün əsl mənasında planlarımız pozuldu. Biz həmin epizoddan sonra oyundan qopduq. 3 yeni oyunçumuz bu gün meydanda oldu. Onların özünü göstərmələri çox vacib idi. Gələn oyunlarda daha yaxşı olacağına ümid edirik. Yeni transferlərimiz özünü doğrultdu.

Maya qədər vaxtımız var. Sonda bir komanda liqadan uzaqlaşacaq. Belə oyunlarda xal itirməməlisən. Kapitanımızın zədələnməsi hər şeyi dəyişdi. Tək birinci hissədə yox, ikinci hissədə də yaxşı çıxış etməliydik. Gənc oyunçularımız kifayət qədər çoxdur. Əlimizdən gələni etməliyik ki, hər şey qaydasında getsin. Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən mərkəz müdafiəçisi olmalıdır. Həm yarımmüdafiədə, həm də müdafiədə boşluqlar özünü göstərdi. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq. Onlarla kifayətlənəcəyik”.

Bənzər xəbərlər