featured-image-27259

“Əsas planlarımızdan biri minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Minifutbol turnirinin püşkatma mərasimində deyib.

Federasiya rəhbəri bildirib ki, bu istiqamətdə danışıqlar gedir: “İnanırıq ki, ölkəmizin beynəlxalq idman yarışları keçirmək təcrübəsini və turizm potensialını nəzərə alan təşkilatçılar istəyimizi müsbət qarşılayacaq, mötəbər turnirlərə ev sahibliyi hüququnu bizə həvalə edəcəklər”.

2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan “Zirə”nin fəxri prezidenti bununla bağlı müxtəlif tədbirlər və konfranslar keçirildiyini xatırladıb:

“Minifutbol Federasiyası da bu münasibətlə beynəlxalq turnir keçirmək qərarına gəlib. Bu barədə bir sıra federasiyalarla danışıqlar apardıq və yekunda buna nail olduq. Yoldaşlıq turniri olsa da, bunun məqsəd və önəmini nəzərə alaraq, oyunçularımızdan qələbə gözləyirik. Həmçinin bu turnir gələcəkdəki beynəlxalq yarışlar üçün hazırlıq xarakteri daşıyacaq”.

Bənzər xəbərlər