featured-image-28540

Kəpəz”in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib.

Msport.az xəbər verir ki, 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib.

Azərbaycan Premyer Liqasının XXXI turunun görüşü 1:1 hesabı ilə başa çatıb.

Orxan Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.

Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib

Bənzər xəbərlər