featured-image-30363

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən daha biri məlum olub.

Msport.az xəbər verir ki, Xorvatiyanın “Osiyek” klubu da Azərbaycan təmsilçisinə rəqib ola bilər. Sözügedən komanda səpələnmişlər səbətində yer alacaq.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edən “Sabah” və Premyer Liqanın dördüncüsü, yaxud ölkə kubokunun qalibi səpələnməmişlər sırasında olacaq.

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda olacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi

“Brügge” (Belçika)
“Gent” (Belçika)
“Makkabi (Təl-Əviv, İsrail)
“Viktoriya” (Çexiya)
“Budo-Qlimt” (Norveç)
“Lex” (Polşa)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Yurqarden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
“Beşiktaş” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
“Styaua” (Rumıniya)
“Legiya” (Polşa)
“Rusenborq” (Norveç)
“Spartak” (Trnava, Slovakiya)
“KuPS” (Finlandiya)
“Neftçi” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)
“Kalmar” (İsveç)
“Kauno” (Litva)
“Poqon” (Polşa)
“Zalaeqerseq” (Macarıstan)
“Keçkemet” (Macarıstan)
“Boraç” (Bosniya və Herseqovina)
“Sabah” (Azərbaycan)
“Ordabasi” (Qazaxıstan)
“Aktobe” (Qazaxıstan)
“Çelye” (Sloveniya)
“Auda” (Latviya)

Bənzər xəbərlər