featured-image-16898

Qana mətbuatı milli komandanın bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün heyətinə düşməyən “Qarabağ”ın hücumçusu Kvabena Ovusudan yazıb.

Msport.az xəbər verir ki, “kickgh.com” saytının hazırladığı məqalədə 25 yaşlı forvard bəxtsiz futbolçu hesab olunub.

“İnsanlar Ovusunun yığmaya çağırılmadığl görəndə təəccübləndilər. O, cari mövsümdə yenidən parladı və hazırkı çıxışı ilə qarşıdan gələn mundialda çox şey təklif edə bilərdi.

“Son 2-3 il “Qarabağ”ın ulduzu üçün çətin keçsə də, formasını yenidən kəşf etdi və potensialını ortaya qoydu. Amma yığma sarıdan bəxti gətirmədi. Ovusu, şübhəsiz ki, baş məşqçi Otto Addonun ən azı ilkin heyətində yer almağa layiq idi”.

Bənzər xəbərlər