featured-image-34866

Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Qəbələ” oyunundan (5:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyun haqda danışılası çox şey yoxdur. Zəif oynadıq, belə nəticə gözləmirdik. İlk tur dur, düzgün təhlil edin, qarşıdakı oyunlara hazırlaşmağımız önəmlidir.

– Kiprdən 3 gün əvvəl gəldiz. Yorğunluq nə dərəcə təsir etdi?
– Heç özüm bərpa olmamışam, qaldı futbolçular. Səfərdə oynamaq ağırdır. Yenə də düşünürəm ki, yorğunluq futbolçulara təsir edir. Oynadığımız ən zəif oyun idi. Hazırlıq vaxtında da komandada dinamika görürdüm. Getdikcə daha yaxşı olacağıq.

– Psixoloji cəhətdən toparlana biləcəksiz?
– Belə məğlubiyyət qaçılmazdır. Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq, qarşıdakı oyunlara hazırlaşaq.

Bənzər xəbərlər