featured-image-24372

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Səbail” öz meydanında “Sumqayıt”a 0:1 hesabı ilə uduzdu.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov CBC Sport-a oyunu dəyərləndirib:

“Fikirləşirəm ki, heç-heçə də olsaydı, bəlkə ədalətli nəticə sayıla bilərdi. Bəzən deyirlər ki, kim 1 top vursa, o da qalib gələcək. Əsl həmin tipli oyunlardan idi. Hər iki komanda istəkli idi. Hər şeyi düz etməyə çalışırdıq, ən əsası birə-bir mübarizələri uduzmamaq. Bizim kimi komandalar ümumiyyətlə, belə oynamalıdırlar. Deməzdim bəxtimiz gətirdi, sadəcə rəqibin qırmızı vərəqə almağı bizim “Səbail”in qapısına yüklənməyimizə səbəb oldu. Onun nəticəsində penalti qazandıq. Amma penaltiyə kimi də iki komandanı ayırmazdım. Meydanda əsl mübarizə gedirdi. Sadəcə biri qələbə qazandı, o da bizik. Futbolçularımı təbrik edirəm.

Biz bu cür istəklə oynamalıyıq. Səhvlər olur, elə olurdu oyunun içində bir futbolçu bir neçə dəfə səhvə yol verirdi. Məsələn, Səbuhi Abdullazadə bir-iki dəfə düzgün ötürmə verə bilmədi, amma oyundan qopmadı. Bu, yaxşı cəhətdir. Oyunu uduzsaydıq, bonusları xərcləmiş olardıq. “Kəpəz”ə məölub olaraq özümüzü əziyyətə saldıq. Bu gün də uduzsaydıq, özümüzü necə toparlayacaqdıq, digər görüşlərdə necə oynayacaqdıq…Çiyinlərimizə ağır yük düşəcəkdi. Futbolçular sağ olsunlar, bu matç bizim üçün çox önəmli idi”.

“Sumqayıt”ın çalışdırıcısı zədədən sonra meydana dönən Deqo Kariokanın da oyununu dəyərləndirib: “Çox yaxşı təsir bağışladı. Öncədən nəzərdə tutmuşduq ki, o, 45 dəqiqə oynasın. Sadəcə düşünürdük ki, birinci hissədə olsun, ya fasilədən sonra. Bilirdik ki, gücü 45 dəqiqə oynamağa çatacaq. Həm də ağrıyan yeri hələ tam düzəlməyib. Nəinki Dieqo, uşaqların heç birini bu gün ayırmazdım. Hətta oyunun içində səhvə yol verənlər də özlərini toparlaya bildilər”.

AYXAN 

Bənzər xəbərlər