"Oyunun taleyini daha tez həll etməli idik" - "Neftçi"nin baş məşqçisi
“Kəpəz” – “Neftçi” matçından (0:2) sonra qonaqların baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.
Msport.az xəbər verir ki, rumıniyalı məşqçi nəticədən razı qaldığını deyib:
“Həftəboyu heyətlə bağlı ciddi problemlərimiz var idi. Zədəli futbolçularımız çox idi. Məşq prossesində cəmi 14-15 oyunçu iştirak edirdi. Bu həftə çox əziyyət çəkdik. 3 xal qazandığımıza görə çox sevinirəm. Qarşıdakı həftə pozitiv əhval-ruhiyyədə “Sabah”la oyuna hazırlaşacağıq.
“Ağ-qaralar”ın çalışdırıcısı stadiondakı-ab havadan da danışıb: “Stadionda fanatlar olanda əlbəttə, gözəl mənzərə yaranır. İstərdim ki, həmişə oyunlarda belə atmosfer olsun”.
Regekampf 2-ci hissədə komandasının sönük oyun göstərməsi fikri ilə razılaşmayıb: “Deməzdim ki, biz sönük oyun nümayiş etdirdik. Yaxşı imkanlar əldə edəndə ondan düzgün yararlana bilmirdik. Oyunun taleyini daha tez həll etməli idik. 3-cü qolu vurub oyunu özümüz üçün daha da asanlaşdıra bilərdik. Həmişə belə olur, rəqib azlıqda qalsa da, sən özün oyuna tam köklənməmisənsə, çətin olur. Digər komandalara da gəlib burda oynamaq asan olmayacaq”. (CBC Sport)