Paris-2024: Güləşçimiz yarımfinalda, Bayramov uduzdu - YENİLƏNDİ
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Msport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
—————————————–
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Msport.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
——————————————-
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki çəkidə mübarizə aparan sərbəst güləşçilər xalçaya çıxıb.
Azərbaycan millisinin iki pəhləvanı da yarışa start verəcək. Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) sabah keçiriləcək həlledici qarşılaşmalara vəsiqə üçün mübarizə aparacaq.
Sərbəst güləş
74 kq
Turan Bayramov mübarizəyə 1/8 finaldan başlayacaq. Avropa çempionatlarının üçqat mükafatçısı ilk qarşılaşmada albaniyalı Çermen Valiyevlə görüşəcək.
125 kq
Giorgi Meşvildişvili 1/4 finala vəsiqə üçün misirli Diaeldin Abdelmottaleb qarşılaşıb. Görüş qitə çempionatlarında iki bürünc qazanmış təmsilçimizin qələbəsi ilə başa çatıb. O, 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Parisə 6 idmançı ilə yollanan sərbəst güləş millimizin təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) Olimpiada ilə vidalaşıb, Hacı Əliyevlə (65 kq) Maqomedxan Maqomedov (97 kq) sabah xalçaya çıxacaq.