featured-image-51612

Paris Olimpiadasında ilk medalın sahibi müəyyənləşib. Msport.az xəbər verir ki, Qazaxıstan millisi güllə atıcılığı yarışında bürünc medal qazanıb.

İslam Satpaev və Aleksandra Le pnevmatik silahdan 10 metr məsafəyə atəş yarışlarında 3-cü yeri tutublar.

Qazaxıstan idmançıları bürünc medal uğrunda qarşılaşmada almaniyalı cütlük – Maksimilian Benedikt Ulbrix və Anna Yanssen cütlüyünü məğlub ediblər.

Bənzər xəbərlər