Paris-2024: MOK Cənubi Koreyadan üzr istədi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Cənubi Koreyadan üzr istəyib. Msport.az xəbər verir ki, bu Paris Yay Olimpiya oyunlarının açılış mərasimi zamanı baş vermiş insidentlə bağlıdır.
Açılış mərasimində tədbirin diktoru Cənubi Koreya idmançıları mərkəzdən keçərkən onları Koreya Xalq Demokratik Respublikası (KXDR) kimi təqdim edib. Qeyd edək ki, KXDR Şimali Koreyadır.
“Açılış mərasimində baş verən yanlışlığa görə cənubi koreya idmançılarından üzr istəyirik”.