featured-image-51818

Qvatemala idmançısı Adriana Ruano Oliva Paris Olimpiadasında stend atıcılığı yarışlarında qızıl medal qazanıb.

Msport.az xəbər verir ki, o 45 xal nəticə göstərək, olimpiya rekordunu müəyyənləşdirib. İtaliyalı Mariya Stanko gümüş, Avstraliya nümayəndəsi Penni Smit isə bürünc mükafata layiq görülüb.

Ruano Oliva Qvatemala tarixində ilk Olimpiya çempionu olub. Buna qədər bu ölkənin təmsilçilərindən Jan-Pyer Brol bürünc medala sahib olmuşdu.

 

 

Bənzər xəbərlər