featured-image-51636

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Tomas ax Olimpiya oyunlarının açılış mərasimində baş vermiş insidentə görə üzr istəyib. Msport.az xəbər verir ki, Bax Cənubi Koreyanın dövlət  başçısı Yun Sok Yolyuya zəng edərəm üzrxahlıq edib.

Bu barədə BOK-un Kommunikasiya direktoru Mark Adam məlumat verib: “Bu gün Tomas bax Cənubi Koreya prezidenti Yun Sok Yoluya zəng edərək onunla danışıb. Telefon danışığında BOK prezidenti səmimi qəlbdən üzrxahlıq edib. Problem insan səhvi ilə bağlı idi. Buna görə BOK üzr istəyir”.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimindəki paradda ənubi Koreyanı səhvən Koreya Xalq Demokratik Respublikası kimi təqdim etmişdilər. Bundan sonra Cənubi Koreya rəhbərliyi hiddətlənərək T.Baxla görüş tələb edirdi.

Bənzər xəbərlər