featured-image-66736

İspaniya millisinin sabiq futbolçusu Sezar Azpilikueta “Atletiko”dan ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2023-cü ildən “Atletiko”da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində 53 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.

Bənzər xəbərlər