featured-image-32757

“Neftçi”nin müdfiəçisi Azər Əliyev Rusiya mətbuatına geniş müsahibə verib. Msport.az xəbər verir ki, o, Sankt-Peterburqa səfərlərini də dəyərləndirib:

“Otelə çatıb, pəncərəni açan kimi fikirləşdik ki, “bax, təlim-məşq toplanışı belə olar”. İlk dəfədir belədir. Neva çayına və şəhərin mərkəzinə bir baxış nəyə desən, dəyər (gülür). Yayda adətən dağlıq yerlərə – ya Avstriya, ya da Türkiyəyə gedilir. Düzdür, burda Piterdə, həm müsbət, həm də mənfi tərəflər var. Yalnız bir mənfi cəhət var. Oteldən məşq bazasına yol hardasa, 30 dəqiqə çəkir. Əgər gündə iki məşq varsa, bu sutkada 2 saat deməkddir. Digər tərəfdən pəncərədən baxırsan və gülümsünürsən – şəhər çox gözəldir. Neva çayında gəmilər gəzir. Fikirləşirsən ki, oturub mən də də gəmi ilə dövr edərdim. Əhval-ruhiyyən o dəqiqə yüksəlir.

Bəyaz gecələr barədə eşitmişdim və ona hazır idim. Amma uşaqlar təzə gələndə soruşurdular ki, “gecə necə belə işıqlı ola bilər?” Deyirdim ki, bu da buranın özəlliyidir – gördüyünüzdən zövq alın”.

Azər Əliyev “Zenit”də bəzi şəxslərlə vaxtilə bir yerdə oynadığını və ya işlədiyini deyib: “Danil Kruqovoyla “Ufa”da çıxış etmişik. Sergey Semakın köməkçisi Uilyam Oliveyra ilə də həmin komandada bir yerdə olmuşuq. Çox yaxşı məşqçi və insandır. Andrey Mostovoyla da tanışam. “Krılya Sovetov”da yolumuzun kəsişdiyi Milan Rodiç hələ də “Srvena Zvezda”da oynayır. Bir sözlə, tanışlar var və məmuniyyətlə, onlarla görüşüb söhbət edirəm”.

AYXAN 

Bənzər xəbərlər