featured-image-16562

“Çelsi”nin və “Arsenal”ın keçmiş qapıçısı Petr Çex “Çelmsford” hokkey klubu ilə müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.

“Çelmsford”dan yeni bir çağırış gözləyirəm və komandaya bu mövsüm üçün məqsədlərinə çatmaqda kömək etmək istəyirəm” – deyə, Çex bildirib.

“Çelmsford” İngiltərənin 3-cü divizionunda çıxış edir. Petr Çex əvvəllər 4-cü divizionda çıxış edən “Gildford Feniks”də forma geyinib.

Bənzər xəbərlər