Poqba Çempionlar Liqası heyətindən çıxarıldı
“Monako”nun yarımmüdafiəçi Pol Poqba komandanın Çempionlar Liqası heyətindən kənarlaşdırılıb.
Msport.az xəbər verir ki, klubun direktoru Tiaqo Skuro bu barədə fikirlərini bildirib.
O bildirib ki, tibb şöbəsi həll yolları tapmağa diqqət yetirir: “Vəziyyətin təfərrüatlarını aydınlaşdırmaq üçün hələ də prosesi izləməliyik. Hər hansı digər zədələrdə də olduğu kimi, ilk addım meydançaya qayıtmaq, ardınca lazımi fiziki formanı bərpa etmək üçün məşqləri davam etdirmək olacaq. Poqba yenidən nə vaxt məşq edə biləcək? Bu suala dəqiq cavab yoxdur”.
Qeyd edək ki, Pol Poqba dopinq qadağasından sonra 2025-ci ilin yayında azad agent kimi “Monako”ya qoşulub. O, bu mövsüm Fransa liqasında “Monako”nun heyətində 3 oyun keçirib.







