featured-image-83453

Portuqaliya Futbol Federasiyası (FPF) millinin düşərgəsini özbaşına tərk edən Kriştianu Ronaldunu cəzalandırmağı qərara alıb.

Msport.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Kapitan millinin baş məşqçisi Jorje Jezuşla fikir ayrılığı səbəbindən belə bir addım atmışdı.

FPF-nin İntizam Komitəsi 41 yaşlı futbolçunun cəzasını müəyyənləşdirəcək. Diskvalifikasiya 1 aydan 6 aya kimi ola bilər.

İntizam Komitəsi vəziyyəti araşdırdıqdan sonra qərarını açıqlayacaq. Güman olunur ki, Ronaldu qısa müddətə cəzalandırılsın.

Xatırladaq ki, hücumçu sentyabrın 30-da millinin düşərgəsini tərk edib. O, oktyabrın 6-da açıqlama yayaraq Jorje Jezuşu sözünün üstündə durmamaqda günahlandırıb.

 

Bənzər xəbərlər