Premyer Liqa klubunda yeni baş məşqçi
Nunu Eşpiritu Santu İngiltərənin “Nottingem Forest” komandasının yeni baş məşqçisi olub.
Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Santu bu postda ötən gün istefaya göndərilmiş Stiv Kuperi əvəzləyəcək.
Qeyd edək ki, “Nottingem Forest” Premyer Liqada 14 xalla 17-ci pillədə qərarlaşıb.