Premyer Liqa nəhənglərinin mübarizəsi
“Brentford”un müdafiəçisi Mikael Kayode yay transfer pəncərəsi öncəsi böyük maraq görür.
Msport.az xəbər verir ki, futbolçu uğrunda mübarizəyə “Mançester Yunayted” və “Nyukasl” da qoşulub.
Daha əvvəl “Mançester Siti”nin də oyunçu ilə maraqlandığı bildirilirdi. Klub Kayodeni 57,5 milyon avro dəyərində qiymətləndirir. Son həftələrdə marağın daha da artdığı, sağ cinah müdafiəçisi mövqeyi üçün aktiv izləmələrin aparıldığı vurğulanır. Həmçinin “Real Madrid”, PSJ və “Bavariya” nümayəndələrinin də italiyalı futbolçunu izlədiyi qeyd olunur.
“Brentford” oyunçunun potensialının fərqindədir. “Arılar” onu “Fiorentina”dan 17 milyon avroya transfer edib. Klub rəhbərliyi satış üçün təzyiq hiss etmədiklərini və yalnız çox böyük təklif olacağı halda danışıqlara açıq ola biləcəklərini bildirir.







