Premyer Liqada mövsümün ən gənc futbolçusu
“Kəpəz”in futbolçusu Raul İsaqov Az’rbaycan Premyer Liqasının 2025/26 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Msport.az PFL-in saytına istinadən xəbər verir ki, hücumçu 32-ci turun “Araz-Naxçıvan”la səfər matçında şans qazanıb.
O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul 81-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.







