featured-image-29185

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı keçirilib.

Msport.az xəbər verir ki, ötən gün hava şəraitinə görə təxirə salınmış tədbir Mingəçevirdəki Heydər Əliyev prospektində baş tutub.

Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda gerçəkləşib. Növbəti iki mərhələ Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq. Mükafatlandırma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Bənzər xəbərlər