featured-image-29378

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutacaq.

Msport.az xəbər verir ki, tədbir bu gün saat 19:00-da başlayacaq.

Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunacaq bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə keçiriləcək.

Sürprizlərlə dolu qala tədbirdə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşınızda unudulmaz iz qoyacaq.

Qeyd edək ki, giriş sərbəstdir.

Bənzər xəbərlər