featured-image-19672

Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Msport.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamı ilə Çələbiyev Cavid Namiq oğlu, Əsədov Fuad İsmayıl oğlu, İsmayılov Çingiz Məmməd oğlu və Məmmədzadə Nurlana Balahüseyn qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamına əsasən, Çopsiyev İsmayıl Səməd oğlu və Məmmədyarov Həmid Hilal oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bundan əlavə, daha bir sərəncamla aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Onların hər biri Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif olunub.

Cəfərov Ağanağı Cəfər oğlu

Həmidov Tofik Sadıq oğlu

Həsənov Məlik Ənvəroviç

Xanəliyev Tofiq Sarxan oğlu

İsmayılov Musa Çoban oğlu

Qurbanov Ağa Yusif Kazım oğlu

Mustafayev Ramiz Yaqub oğlu

Namazəliyev Əfsər Hüseyn oğlu

Rəcəbov Faiq Əbdül oğlu

Rəşidov Rəşad Yusif oğlu

Tahirov İsmayıl Ağababa oğlu

Umudov Firdovsi Qəminalı oğlu

Vahabzadə Asmira Hacı qızı

Zudov Aleksandr Nikolayeviç.

Bənzər xəbərlər