featured-image-17578

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın eks həyat yoldaşı Anamariya Prodan məhkəmənin ayrılıqla bağlı qərarından apellyasiya şikayəti verib.

Msport.az-ın məlumatına görə, bu barədə xanımın vəkili açıqlama verib. O bildirib ki, qərar keçmiş futbol agentini razı salmayıb.

Vəkilin sözlərinə görə, Prodan aliment məbləğinin (1600 avro) azlığından narazıdır. O, rumıniyalı mütəxəssisdən daha çox pul tələb edir.

Qeyd edək ki, Regekampf cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər